Azpost saytından alınan məlumata görə, Icma.az bildirir. OpenAI ənənəvi sabit abunə modelindən imtina edərək nəticəyə əsaslanan ödəniş siste
AzPost xəbər verir ki, bu barədə şirkətin maliyyə direktoru Sara Frayar son podkast çıxışlarından birində açıqlama verib.
Onun sözlərinə görə, perspektivdə OpenAI “royalti” modelini nəzərdən keçirir.
Bu yanaşmaya əsasən, şirkət yalnız müştəri qazanc əldə etdikdə ödəniş alacaq. Frayar buna misal olaraq əczaçılıq sahəsini göstərib.
Əgər tərəfdaş ChatGPT və əlaqəli texnologiyalardan istifadə edərək bazarda tələbat görən dərman hazırlayarsa, OpenAI həmin məhsulun satışından lisenziya payı əldə edə bilər.
Sara Frayar OpenAI-nin mövcud biznes strategiyasını mürəkkəb bir mexanizm kimi xarakterizə edərək onu təxminən 43 kvintilyon mümkün vəziyyəti olan Rubik kubuna bənzədib.
O xatırladıb ki, əvvəl OpenAI-nin strukturu xeyli sadə idi: bir əsas bulud tərəfdaşı, bir əsas çip istehsalçısı, bir flaqman məhsul və faktiki olaraq tək bir baza abunə paketi mövcud idi.
Bu model əsasən hesablama gücünün maliyyələşdirilməsi üçün zəruri sayılırdı.