ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29.10.2026

Medicina saytına istinadən Icma.az xəbər verir.



Epilepsiya xəstəsi olan, 31 yaşlı amerikalı qadın süni intelektlə söhbət zamanı xəstəliyi ilə bağlı məsləhətlər alıb.

O, həkimin yazdığı dərmanı ChatGPT-ə ataraq, ondan məsləhət alıb. Süni intellekt dərmanın yan təsirlərinin yaddaşa, danışığa təsir edəcəyini bildirərək, qadını “qorxudub”.

Medicina.az xəbər verir ki, nəticədə qadın dərmanı içməyib. Bir müddət sonra onun səhhəti pisləşib və ağır epileptik tutmalar zamanı xəstəxanaya çatdırılsa da həyatını itirib.

Qızın ailəsi bununla bağlı ChatGPT məhkəməyə verməyə hazırlaşır. Onlar süni intelektin tibbi məsələlərdə insanları ölümə belə apardığını sübut edərək, təzminat tələb edirlər.


Aygün Musayeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью