Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) "ChatGPT", "Reddit" və "Roblox"u ən sərt tənzimləmə rejiminə daxil edib.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Aİ Komissiyasının açıqlamasına görə, Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində Aİ ölkələrində aylıq orta hesabla ən azı 45 milyon istifadəçiyə çatan süni intellekt əsaslı çatbot “ChatGPT” “Çox böyük onlayn axtarış sistemi” kimi təsnif edilib.
Sosial xəbər və müzakirə platforması “Reddit”, eləcə də rəqəmsal oyun platforması “Roblox” isə “Çox böyük onlayn platforma” statusu alıb.
Bildirilib ki, sözügedən xidmətlər 2026-cı ilin dekabr ayının sonunadək çox böyük onlayn platformalar və axtarış sistemləri üçün nəzərdə tutulan əlavə tələblərə uyğunlaşmalıdır.
Yeni qaydalara əsasən, şirkətlər qanunsuz məzmunun yayılması, uşaqlara mümkün mənfi təsirlər, istifadəçilərin fiziki və psixi sağlamlığı, fundamental hüquqlar, seçki prosesləri və ictimai təhlükəsizliklə bağlı sistemli riskləri müəyyənləşdirməli və onların qarşısını almaq üçün tədbirlər görməlidir.
Açıqlamada qeyd olunub ki, bu təsnifat Aİ Komissiyasına sözügedən platformaların fəaliyyətini və onların iş prinsipləri ilə bağlı sistemləri daha geniş şəkildə araşdırmaq səlahiyyəti də verəcək.
Son qərarlarla birlikdə Aİ-nin Rəqəmsal Xidmətlər Aktı çərçivəsində “Çox böyük onlayn platforma” və “Çox böyük onlayn axtarış sistemi” kimi təsnif etdiyi xidmətlərin ümumi sayı 28-ə çatıb.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin