“ChatGPT” tibbi tövsiyə verdi: Qadın vəfat etdi

30.10.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ-də süni intellekt proqram təminatı mühəndisi kimi çalışan, 14 yaşından epilepsiya xəstəliyindən əziyyət çəkən Bouen Van 31 yaşında keçirdiyi epileptik tutma nəticəsində vəfat edib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Vanın ailəsi "ChatGPT” çat-botunun yaradıcısı “OpenAI” şirkətindən və onun baş icraçı direktoru Sem Altmandan şikayət edib.

Ailə gənc qadının “ChatGPT”nin tövsiyəsi əsasında epilepsiya əleyhinə dərmanlarını qəbul etməyi dayandırdığı üçün həyatını itirdiyini iddia edir.

Çində anadan olan Bouen Van hələ yeddi yaşında müstəqil şəkildə ingilis dilini öyrənib.

Yüksək akademik göstəriciləri sayəsində ABŞ-nin Arizona Universitetinin kompüter elmləri ixtisasına qəbul olunub. Daha sonra “Amazon” şirkətində mühəndis kimi çalışıb. İşdən çıxarılacağını öyrəndikdən sonra isə yeni iş axtarışına başlayıb.

Van qəbul etdiyi epilepsiya dərmanlarının düşünmə və danışıq sürətini zəiflətdiyini düşünür, bunun iş müsahibələrinə mənfi təsir göstərəcəyindən narahat olurmuş.

Bu səbəbdən dostu kimi gördüyü “ChatGPT”yə müraciət edib.

İddialara görə, “ChatGPT”nin “GPT-4o” modeli ona gündəlik 400 milliqram qəbul etdiyi dərmanı 25 gün ərzində tədricən dayandırmaq üçün plan təqdim edib. 

Ailə, həmçinin "ChatGPT”nin Vanı bu plan barədə həkiminə məlumat verməməyə təşviq etdiyini iddia edir. İki gün ərzində Vanla əlaqə saxlaya bilməyən ailəsi onun yaşadığı ünvana dostunu göndərib.

Gənc qadının meyiti evində aşkarlanıb. Məhkəmə-tibbi ekspertizanın rəyində ölümün səbəbi “epilepsiya ilə əlaqəli qəfil ölüm” kimi göstərilib.

Ailəsi baş verənlərə görə “OpenAI” şirkətindən təzminat tələb edir.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью