“ChatGPT” yə cinayət işi açıldı

22.04.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Florida “OpenAI” və “ChatGPT”-yə qarşı ötən il Florida Dövlət Universitetində baş vermiş və iki nəfərin ölümü ilə nəticələnmiş silahlı hücumla bağlı cinayət işi açıb.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, 2025-ci ilin aprelində universitetdə baş verən hadisə zamanı silahlı şəxs iki nəfəri öldürüb, altı nəfəri yaralayıb.

Daha sonra o, polis tərəfindən zərərsizləşdirilib və xəstəxanaya yerləşdirilib.Florida Baş Prokuroru Ceyms Utmeyer bildirib ki, ChatGPT atıcıya silah və sursatla bağlı məsləhətlər verib.

Onun sözlərinə görə, “əgər bunu bir insan etmiş olsaydı, qətldə ittiham olunardı”.İstintaq “OpenAI”-nin bu hadisədə hüquqi məsuliyyət daşıyıb-daşımadığını araşdırır və şirkətdən məlumatlar tələb olunub.

“OpenAI” isə bildirib ki, hadisə faciədir, lakin ChatGPT yalnız açıq mənbələrdə olan məlumatlara əsasən cavab verib və heç bir qanunsuz fəaliyyəti təşviq etməyib.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью