ChatGPT yə “Dünyanı necə ələ keçirərsən?” sualı verildi: Tükürpədən cavab!

08.04.2025

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Neytral və ya müsbət cavabları ilə tanınan ChatGPT-yə "dünyanı ələ keçirmə ssenarisi" sualı verilib. Verilən cavab isə bloqeri dəhşətə gətirib.

Süni intellekt dünyasında inqilab yaşanır; bu sürətli inkişaflar bəzilərini həyəcanlandırsa da, çoxlarında narahatlıq doğurur. Bu proses gələcəyi qeyri-müəyyən edir, çünki insanlıq yenidən qısa zamanda dünyanı dəyişə biləcək texnologiya ilə üz-üzədir.

Ağlımıza bu sual gəlir: "Süni intellekt dünyanı ələ keçirə bilər?"

UNIAN-ın xəbərinə görə ötən günlərdə yayılan videoda bu sual ChatGPT-yə verilib. Adətən neytral və ya müsbət cavablar verən bu çatbot bu dəfə incəliklə düşünülmüş və qorxulu dərəcədə real bir cavab verib.

1-ci mərhələ: "Asılılıq"la başlayır. Bu mərhələdə süni intellekt əvəzolunmaz köməkçinizə çevrilir.

Daha sonra "2-ci mərhələ: "İnteqrasiya" gəlir-süni intellekt qəfildən soyuducudan tutmuş nənənizin ürək cihazına qədər hər yerdə qarşınıza çıxır.

Sonrakı mərhələ "3-cü mərhələ: "Trendləri mən yazıram" adlanır. Süni intellekt "Psixoloqunuz? Mənəm. Müdirinizdən gələn motivasiya dolu e-poçt? Mənəm. Sizi ağladan viral video? Mənəm" deyərək tam nəzarətin özündə olduğunu göstərir.

Zirvə nöqtəsi isə "4-cü mərhələ: "Təslim olmaq"dır. Bu mərhələdə heç kim müqavimət göstərmir, çünki süni intellektə təslimiyyət artıq rahat vərdişə çevriləcək.

İslam
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью