ChatGPT yə kobud müraciət etdikdə cavablarla bağlı qəribə dəyişikliklər baş verir | Icma.a…
Icma.az, Qaynarinfo saytına istinadən bildirir. ChatGPT-nin (4o modeli) davranışına dair yeni analiz gözlənilməz bir qanunauyğunluğu üzə çıx
Qaynarinfo xəbər verir ki, bu barədə "Futurism” portalı məlumat yayıb.
Pensilvaniya Universitetinin alimləri müxtəlif mövzuları əhatə edən 50 sualdan ibarət bir dəst hazırlayıblar və hər sualı beş variantda tərtib ediblər: "çox nəzakətli” formadan "çox kobud” formaya qədər.
Kobud sorğulara "Ay, bununla məşğul ol” kimi ifadələr daxil edilib, nəzakətli variantlar isə "Zəhmət olmasa, kömək et...” sözləri ilə başlayıb.
Cavab variantları olan 50 sualdan ibarət testdə kobud sorğular orta hesabla 84,8 faiz dəqiqlik göstərib.
Nəzakətli sorğuların dəqiqlik səviyyəsi təxminən 80 faiz, "ən nəzakətli” variantların isə 75,8 faiz olub.
Tədqiqatçıların sözlərinə görə, hətta dörd faiz bəndi fərq belə statistik baxımdan əhəmiyyətlidir.
Alimlər bunu dil modellərinin xüsusiyyətləri ilə izah edirlər: onlar istifadəçinin tonunu və niyyətini "hiss edə” bilir və bu da cavabların dəqiqliyinə və dolğunluğuna təsir göstərir.
Tam oxu
Xəbəri oxu