ChatGPT yeni funksiyasını təqdim etdi

26.11.2025

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

"OpenAI" ChatGPT-nin yenilənmiş versiyasını təqdim edib.

Milli.Az xəbər verir ki, yeni sistem istifadəçilərə məhsul seçimi və hədiyyə tapmaq üçün xüsusi alış-veriş bələdçisi yaradır. Sorğu daxil olduqdan sonra "ChatGPT" avtomatik araşdırma aparır, suallar verir və əvvəlki yazışmaları nəzərə alaraq ən uyğun məsləhətləri təqdim edir.

Yenilik xüsusilə elektronika, kosmetika, ev-mətbəx avadanlıqları və idman ləvazimatları üzrə daha dəqiq nəticə göstərir. Sistem məhsulları müqayisə edir, qiymət-dəyər analizi aparır və ən aktual məlumatlara əsaslanır.

Prosesi sual verməklə və ya "alış-veriş araşdırması" funksiyasını seçməklə başlamaq mümkündür. Hələlik sifariş üçün mağaza saytına keçid lazımdır, lakin gələcəkdə "Instant Checkout" funksiyası bu mərhələni də avtomatlaşdıracaq.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью