“ChatGPT”nin işində problem yarandı

27.12.2024

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“ChatGPT” qlobal problemlə üzləşib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Downdetector” xidmətinin məlumatlarından aydın olub.
ABŞ, Qazaxıstan və bəzi Avropa ölkələrindən, o cümlədən Niderland, Almaniya, Polşa və Finlandiyadan olan istifadəçilər “OpenAI” xidmətinə girişlə bağlı problemlərdən şikayətləniblər.
Şirkət təsdiqləyib ki, “ChatGPT” və AI video generatoru xidməti “Sora” çoxlu sayda səhvlərlə işləyir. Şirkət problemlərin nədən qaynaqlandığını öyrənəcəyini vəd edib.
Bundan əlavə, istifadəçilər “Xbox Live”, “Microsoft 365”, “Teams” və “Outlook” daxil olmaqla müxtəlif “Microsoft” xidmətlərində problemlərlə üzləşiblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью