CHERY Azərbaycanda yeni satış mərkəzini açdı iki yeni model təqdim olundu

31.08.2026

Icma.az bildirir, Marja.az portalına istinadən.

CHERY brendinin Azərbaycanda yeni satış mərkəzinin açılışını həyata keçirib. Babək prospekti 61C ünvanında yerləşən yeni CHERY Bakı Mərkəzinin açılışı çərçivəsində Azərbaycan bazarı üçün iki yeni model – flaqman SUV CHERY TIGGO 9 və markanın ölkəmizdə təqdim etdiyi ilk pikap CHERY HIMAVA nümayiş etdirilib.

Yeni satış mərkəzinin açılması CHERY-nin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, müştərilərə daha yüksək səviyyədə xidmət göstərilməsi və markanın yerli bazardakı mövqeyinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Açılış tədbirində media nümayəndələri, avtomobil sahəsinin təmsilçiləri, bloggerlər, tərəfdaşlar və qonaqlar iştirak ediblər. Tədbir zamanı yeni satış mərkəzi təqdim olunub, qonaqlar CHERY-nin mövcud model sırası və iki yeni modeli ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

İki yeni model – TIGGO 9 və HIMAVA

Tədbirin əsas premyeralarından biri CHERY model sırasının flaqman SUV-u TIGGO 9 olub. 7 yerlik model 2.0 litrlik turbo mühərrik, 254 at gücü və 8 pilləli avtomatik transmissiya ilə təchiz edilir. TIGGO 9 geniş salonu, müasir təhlükəsizlik sistemləri və yüksək komfort səviyyəsi ilə markanın SUV ailəsində yeni pilləni təmsil edir. Modelin satış qiyməti 49 900 AZN-dir.

Digər mühüm yenilik isə CHERY HIMAVA olub. HIMAVA CHERY-nin Azərbaycanda rəsmi şəkildə təqdim etdiyi ilk pikap modelidir. 1 500 kq yükgötürmə qabiliyyəti, 2.3 litrlik turbo dizel mühərrik və tam ötürücü sistemlə təchiz olunan model həm gündəlik istifadə, həm də kommersiya və çətin yol şəraiti üçün nəzərdə tutulub. HIMAVA-nın satış qiyməti 45 900 AZN təşkil edir.

Hər iki yeni model Azərbaycanda 6 il və ya 200 000 km rəsmi zəmanətlə təqdim olunur.

CHERY-nin Azərbaycanda inkişafında yeni mərhələ

Yeni satış mərkəzinin istifadəyə verilməsi ilə CHERY Azərbaycandakı fəaliyyətinin növbəti inkişaf mərhələsinə qədəm qoyur. Daha müasir və geniş məkanda yaradılan yeni mərkəz müştərilərin CHERY model sırası ilə yaxından tanış olması, avtomobil seçimi və satış prosesində yüksək səviyyəli xidmət əldə etməsi üçün nəzərdə tutulub.

CHERY Azərbaycanda model çeşidinin genişləndirilməsi, satış və xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də müştərilərə daha müasir avtomobil təcrübəsinin təqdim olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

CHERY Bakı Mərkəzi

Ünvan: Bakı şəhəri, Babək prospekti 61C

Əlaqə: *2299

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью