“Chery”nin 5 metrlik sedanı yollara çıxmağa hazırlaşır

27.11.2026

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


“Chery”nin yeni flaqman sedanı “Arrizo 9” Çinin rəsmi qeydiyyat sənədlərində üzə çıxıb. Model iki turbo benzin mühərriki və hibrid versiya ilə təqdim ediləcək.

“Bakupost” xəbər verir ki, 5 metrlik sedanın dizaynı “Audi A7”ni xatırladır. Avtomobil 200 at gücündə 1,6 litrlik və 261 at gücündə 2,0 litrlik turbo mühərriklərlə təklif olunacaq. Yanacaq sərfiyyatı müvafiq olaraq 100 kilometrə 6,39 və 6,77 litrdir.

Hibrid versiyada isə 156 at gücündə 1,5 litrlik benzin mühərriki istifadə ediləcək. Bu modelin 100 kilometrə yanacaq sərfiyyatı 5,35 litr olacaq.

Vüsalə Hüseynova,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью