“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı Fotolar

21.06.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Firuz Ələkbərov və Elməddin Nəsibov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Chevrolet” və “Opel” markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən idarəetmədən çıxan “Chevrolet” yol kənarındakı işıq dirəyinə çırpılaraq onu sıradan çıxarıb.

Qəza zamanı xəsarət alan olmayıb, lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Yunis Quliyev



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью