“Chevrolet Niva” dərədən aşdı

20.08.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Diryan kənd sakini 1965-ci il təvəlüdlü Nuriyev İntiqam Ağarza oğlunun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobil dərəyə aşıb.

Belə ki, torpaq yolda idarəetmədən çıxan nəqliyyat vasitəsi hündürlükdən dərəyə yuvarlanıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanıb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью