“Chevrolet” qəza törətdi Qış parkına girdi

23.12.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Qış parkı yaxınlığında qəza olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı minik avtomobili qəza törədərək Qış parkının ərazisinə girib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью