Chevron şirkəti Venesuelada neft hasilatını 50% artıra bilər

30.01.2026

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Amerikanın Chevron şirkəti Venesuelada neft hasilatını 1,5-2 il ərzində 50% artırmağı və Venesuela neftini bazara etibarlı şəkildə tədarük etməyi nəzərdə tutur.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə şirkətin baş direktoru Mayk Virt bildirib.
"Növbəti 18-24 ay ərzində istehsal həcmini daha 50%-ə qədər artırmaq potensialını görürük. Biz Venesuela neftini bazara etibarlı şəkildə, o cümlədən öz emal sistemimiz vasitəsilə tədarük edirik", - deyə o, bildirib.
Şirkət rəsmisinin sözlərinə görə, ölkədəki aktivlərin əhəmiyyətli potensialı var:
"Venesuela, ABŞ və Chevron üçün daha yüksək səmərəlilik üçün daha rəqabətli və etibarlı bir yol təqdim edəcək gələcəyə nikbin baxırıq. Biz Venesuelanın keçmişində əsas rol oynamışıq, bu günə sadiqik və gələcəkdə də davamlı əməkdaşlığa ümid edirik".
Chevron şirkətinin baş direktoru xatırladıb ki, şirkət Venesuelada bir əsrdən çoxdur fəaliyyət göstərir və 2022-ci ildən bəri ABŞ qanunlarına və qaydalarına tam uyğun olaraq, Venesuela birgə müəssisə tərəfdaşları ilə birlikdə ölkədəki hasilatını gündə 200.000 bareldən çox artırıb.
Anar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью