Chevron və ExxonMobil in mənfəəti azalıb

02.02.2026

Icma.az, Marja.az portalına istinadən məlumat verir.

ABŞ-ın enerji şirkətləri Chevron və ExxonMobil 2025-ci ilin dördüncü rübünə dair maliyyə nəticələrini açıqlayıblar. Marja xəbər verir ki, ötən il ərzində hər iki şirkətin mənfəətində nəzərəçarpacaq azalma qeydə alınıb.

Chevron-un xalis mənfəəti ötən ilin son rübündə illik müqayisədə 14,5% azalaraq 2,8 milyard dollara düşüb. Şirkət əvvəlki ilin eyni dövründə 3,2 milyard dollar xalis mənfəət açıqlamışdı. Hər səhmə düşən xalis mənfəət isə həmin dövrdə 1,84 dollardan 1,39 dollara enib.

Chevron-un mənfəəti 2025-ci ildə illik müqayisədə 30,4% azalaraq 12,3 milyard dollar səviyyəsinə düşüb. Şirkətin gəlirləri dördüncü rübdə illik 10,2% azalma ilə 46,9 milyard dollar olub, il üzrə ümumi gəlirləri isə 6,8% azalaraq 189 milyard dollara geriləyib.

2025-ci ildə ExxonMobil-in mənfəəti 14,4% azalıb

ExxonMobil tərəfində də oxşar mənzərə yaranıb. Şirkətin xalis mənfəəti ötən ilin dördüncü rübündə illik müqayisədə 14,6% azalaraq 6,5 milyard dollara düşüb. ExxonMobil əvvəlki ilin eyni dövründə 7,6 milyard dollar mənfəət açıqlamışdı. Hər səhmə düşən xalis mənfəət də eyni dövrdə 1,72 dollardan 1,53 dollara enib.

ExxonMobil-in mənfəəti 2025-ci il üzrə illik 14,4% azalma ilə 28,8 milyard dollar olub. Şirkətin gəlirləri dördüncü rübdə illik 1,3% azalaraq 82,3 milyard dollara enib, il üzrə cəmi gəlirləri isə 5% azalaraq 332,2 milyard dollara geriləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью