Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) xaric edilməsi tələbi ilə intizam şurasına göndərilən 9 deputatın partiya üzvlüyünə son qoyulub.
Modern.az xəbər verir ki, qərarın icrasından sonra CHP-nin Türkiyə Böyük Millət Məclisindəki (TBMM) deputatlarının sayı 138-dən 129-a düşüb. Sözügedən 9 şəxs fəaliyyətinə müstəqil deputat kimi davam edəcək.
Məlumata görə, yenidən CHP sədri postuna qayıdan Kamal Kılıçdaroğlu rəhbərliyi, ötən həftə sabiq sədr Özgür Özelə yaxınlığı ilə seçilən 9 deputatın partiyadan uzaqlaşdırılması üçün hərəkətə keçmişdi. İntizam prosesi çərçivəsində Gökhan Günaydın və Ali Mahir Başarırın TBMM-dəki qrup sədr müavinliyi vəzifələri də ləğv edilib.
Məsələ ilə bağlı Kamal Kılıçdaroğlunun vəkili Cəlal Çelik açıqlama verərək bildirib ki, intizam prosesi tam yekunlaşana qədər Ali Məhkəmənin üzvlükləri müvəqqəti silməsi standart bir hüquqi prosedurdur.
Töhfə Səməd