CHP Baxçalı gərginliyi: Yum ağzını

22.03.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) ilə Milliyətçi Hərəkat Partiyası (MHP) arasında gərginlik yaşanır.

"Cebheinfo.az" xəbər verir ki, MHP lideri Dövlət Baxçalının CHP sədri Özgür Özələ ünvanladığı "partiyanda otur" sözləri təpkilərə səbəb olub.

Bunun ardınca Özəl Baxçalıya "Millətin səsini eşit, çevrilişə qarşı çıx" ,-deyə səslənib. CHP Qrup başqan vəkili Ali Mahir Başarır isə daha kəskin açıqlama verib. Onun MHP liderinə cavabı sərt olub:

"Ağzını yum, xəstə yatağında yat. Sus artıq".

Başarırın bu sözlərinin ardından iki partiyanın üzvləri arasında sosial şəbəkələrdə böyük gərginlik yaşanıb. MHP üzvləri və sədr müavinləri Ali Mahir Başarırı sərt sözlərlə tənqid ediblər. 

Elmir Mustafa
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью