CHP də daha bir istefa olub

06.10.2025

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin ana müxalifət partiyası CHP-də bu gün daha bir istefa yaşanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Antalyanın Aksu rayon Qadın təşkilatınınn rəhbəri Menzil Çakmak tutduğu vəzifədən istefa verib.

O, istefa səbəbini şəhər təşkilatının sədrinin yarıtmaz fəaliyyəti, təşklatda psixoloji vəziyyətlə əlaqələndirib.

CHP-nin Antalya Şəhər təşkilarından isə istefaların partiyaya son bir ildə güclənən siyasi və hüquqi təzyiqlərdən qaynaqlandığını açıqlayıb.

Məlumat üçün bildirək ki, ötən gün Aksu rayonunda bələdiyyə sədri İsa Yıldırım və 7 məclis üzvü də CHP-dən istefa veriblər.

Firudin Səfərli
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью