Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
CHP sədri Özgür Özəlin yeni siyasi partiya yaradacaqlarını açıqlamasından sonra bu təşəbbüsə hansı siyasətçilərin qoşulacağı müzakirə olunur.
“Cebheinfo.az” “Haberler.com”-a istinadən xəbər verir ki, xüsusilə İstanbulun Üsküdar bələdiyyəsinin sədri Sinem Dedetaşın mövqeyi maraq doğurub.
Belə ki, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul təşkilatının müvəqqəti sədr Gürsel Tekin açıqlamasında bildirib ki, Sinem Dedetaş fəaliyyətini CHP sıralarında davam etdirəcək.
Onun sözlərinə görə, Üsküdar, Kartal, Sarıyer, Beşiktaş, Beyoğlu və digər bələdiyyələrin böyük əksəriyyəti də CHP-də qalacaq.
Tekin deyib ki, CHP bundan sonra ölkənin əsas problemlərinə fokuslanacaq və partiyanın fəaliyyətinə dair fikirlərini daha açıq şəkildə ifadə edəcəklər.
Yeni partiyaya qoşulmayacağını açıqlayan digər tanınmış siyasətçi isə vəzifəsindən uzaqlaşdırılan Adana Böyük Şəhər Bələdiyyəsinin sədri Zeydan Karalar olub.
O, jurnalist Hilal Köylüyə açıqlamasında bildirib ki, CHP-də qalacaq:
“Artıq 54 ildir CHP üzvüyəm. Mənim üçün əsas olan şəxslər deyil, prinsiplərdir. Mübarizə Atatürkün iki böyük əsərindən biri olan CHP-də davam etdirilməlidir”.
Vəzifəsindən uzaqlaşdırılan Beyoğlu bələdiyyəsinin sədri İnan Güney də azadlığa çıxdıqdan sonra CHP-yə sadiq qaldığını vurğulayıb.
O bildirib ki, siyasi fəaliyyətini hər zaman açıq şəkildə həyata keçirib və özünü CHP-nin bir üzvü və fədaisi hesab edir.
Qeyd edək ki, xəbərdə yer alan iddialar Türkiyə mediasında səsləndirilən açıqlamalara əsaslanır və siyasi proseslərin gedişinə uyğun olaraq dəyişə bilər.
Xatırladaq ki, bu gün CHP sədri Özgür Özəlin istefa verib yeni partiya quracağını açıqlamasından sonra CHP-də paçalanma başlayıb. Bir saat ərzində 387 000 nəfər partiyadan istefa verib.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin