CHP də xaos: İmamoğlu və Özəl partiyadan xaric ediləcək Hazırlıqlar başladı | Icma.az
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən 38-ci növbədənkənar qurultayının ləğvi ilə bağlı açılan iddianın 30 iyunda keçiriləcək iclasında qərar qəbul olunmaya bilər.
Eyni qurultayla bağlı açılan məhkəmənin ən azı iki il davam edəcəyi gözlənilir.
Turkustan.az Türkiyə mediasına istinadən xəbər verir ki, partiya dairələrində məhkəmə prosesinin nəticəsindən asılı olaraq müxtəlif ssenarilər müzakirə olunur.
Keçmiş sədr Kamal Kılıçdaroğluna yaxın adların ola biləcək qurultay ləğvi qərarından sonra partiyanın yenidən qurulması üçün hazırlıq gördüyü iddia edilir.
Bu hazırlıqlar çərçivəsində kimin administrasiyaya gətiriləcəyi və yeni qurultayın nə vaxt toplanacağı müzakirə olunur.
Qurultay ləğv olunarsa, Kılıçdaroğlunun yenidən partiya sədrliyinə dönəcəyi demək olar ki, dəqiqdir.
Kılıçdaroğluna yaxın çevrələrin “Kılıçdaroğlu ona edilənləri unutmayacaq, o kresloda oturub, reputasiya üçün də olsa, hesab tələb edəcək” kimi qiymətləndirmələr etdiyi bildirilir.
Tam oxu
Xəbəri oxu