CHP dən 86 deputat başqa partiyaya keçəcək? İDDİA

27.06.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyədə siyasi kulisləri hərəkətə gətirən açıqlama verilib.

Sherg.az xəbər verir ki, Bedri Yalçın rəhbərlik etdiyi Anadolu Birliyi Partiyası (ABP) ilə bəzi CHP üzvləri arasında danışıqların aparıldığını təsdiqləyib.

Yalçın CHP-dən üç deputatın partiyasına keçəcəyi ilə bağlı iddiaları təkzib etsə də, daha böyük miqyasda keçidlərin olacağını iddia edib:

“Hazırda deputatlıq vəzifəsi və ya hər hansı maddi sövdələşmə yoxdur. Danışıqlar davam edir. CHP-dən 86 millət vəkili və təxminən 74 vilayət təşkilatının sədri partiyamıza qoşulacaq”.

ABP sədri bildirib ki, söhbət yalnız partiyaya qoşulmaqdan gedir və hər hansı siyasi və ya maliyyə bazarlığı aparılmır.

Onun sözlərinə görə, proses başa çatdıqdan sonra partiyanın növbədənkənar qurultayı keçiriləcək, idarəetmə strukturlarında dəyişikliklər ediləcək və yeni üzvlər rəhbər orqanlarda təmsil olunacaqlar.

Bedri Yalçın sosial şəbəkələrdə və mediada yayılan “partiyanın satıldığı” barədə iddialara da sərt reaksiya verib:

“Bizim qiymətimiz yoxdur. Altı ildir fəaliyyət göstərən partiyayıq. Nə kiməsə borcumuz var, nə də hər hansı qalmaqallı işimiz”.

O, həmçinin Mansur Yavaş ilə bağlı yayılan xəbərləri də təkzib edib. Yalçın bildirib ki, Mansur Yavaşın partiya rəhbərliyi və ya prezidentlik namizədliyi ilə bağlı hər hansı şərt irəli sürdüyünə dair iddialar həqiqəti əks etdirmir.

Qeyd edək ki, Bedri Yalçının səsləndirdiyi rəqəmlər hazırda yalnız onun bəyanatına əsaslanır və CHP tərəfindən bu iddialarla bağlı rəsmi təsdiq verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью