CHP ilkin seçkiləri bu tarixdə KEÇİRƏCƏK

11.02.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədinin müəyyənləşdirilməsi üçün ilkin seçkilərin keçiriləcəyi tarix müəyyənləşib.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, ilkin seçkilər martın 23-də keçiriləcək.

Qeyd edək ki, CHP-də prezidentliyə namizədliyi üçün adları hallanan Ankara Bələdiyyəsinin sədri Mənsur Yavaş və İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Ankarada partiya sədri Özgür Özəl ilə görüşüb.

Yavaş bu görüşdə Özələ ilkin seçkilərdə iştirak etməyəcəyini bildirib.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью