CHP lideri həbsxanada İmamoğlu ilə görüşəcək

25.03.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


CHP lideri Özgür Özel, Silivri (Mərmərə) həbsxanasında saxlanılan Əkrəm İmamoğlunu ziyarət edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə "Halk TV" bildirib.

Özelin yerli vaxtla 09.30-da (Bakı vaxtı ilə 10.30) həbsxanaya gedəcəyi bildirilir.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu barəsində martın 23-də həbs qərarı çıxarılıb. Elə həmin gün o, 15 milyon səslə CHP-nin prezidentliyə namizədi seçilib. İmamoğlunun saxlanıldığı gündən etibarən başda İstanbul olmaqla Türkiyənin bir çox şəhərlərində etiraz aksiyaları keçirilir.

Zaur,BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью