CHP nin növbədənkənar qurultayının vaxtı açıqlandı

23.10.2025

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) növbədənkənar qurultaya gedir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq 39-cu növbədənkənar qurultayın vaxtı rəsmən bəlli olub.

Partiyadan bildirilib ki, CHP-nin qurultayı 28-30 noyabr tarixlərində keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl qurultay vaxtı bir neçə dəfə elan olunsa da, məhkəmə qərarları ilə təxirə salınıb.

Samir Musayev
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью