CHP nin son qurultayının da ləğvi tələb olunur

09.04.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 6 apreldə keçirilən növbədənkənar qurultayının nəticələrinin ləğv olunması tələb edilib.

“Cebheinfo.az” xəbər verir ki, partiyanın sabiq deputatı Berhan Şimşek bununla bağlı Mərkəzi Seçki Komissiyasına (YSK) şikayət edib.

O, partiya sədrliyinə namizəd olmaq istəsə də, buna icazə verilmədiyini bildirib. Berhan Şimşek Özgür Özəlin yenidən CHP sədri seçildiyi növbədənkənar qurultayın nəticələrinin ləğvini  tələb edib. Qeyd edək ki, CHP Berhan Şimşekin partiya sədrliyinə namizəd olmaq üçün 5 dəqiqə gec müraciət etdiyi, bu səbəbdən də namizədliyinin təsdiqlənmədiyini açıqlayıb.

Elmir Mustafa
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью