Icma.az, Sherg.az saytına istinadən bildirir.
CHP-nin Türkiyə Böyük Millət Məclisində keçiriləcək qrup toplantısını sabah Özgür Özəlin aparacağı dəqiqləşib.
Sherg.az xəbər verir ki, qərar bu gün partiyanın Mərkəzi İcra Komitəsinin (MYK) toplantısında qəbul olunub. Məlumata görə, Özgür Özəl saat 11:30-da yaxın çevrəsi ilə görüş keçirib və son hadisələr, eləcə də qrup toplantısının keçirilib-keçirilməməsi müzakirə olunub. Müzakirələrdən sonra toplantının keçirilməsi qərara alınıb.
Özgür Özəlin sabah saat 13:30-da kürsüyə çıxaraq gündəmi dəyərləndirəcəyi bildirilir.