CHP sədri DEM heyətini qəbul edəcək

06.01.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) heyəti siyasi partiyalarla görüşlərini davam etdirir. 

"Cebheinfo.az" xəbər verir ki, heyət sabah Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl ilə görüşəcək.

Görüşün Türkiyə Böyük Millət Məclisində (TBMM) yerli vaxtla saat 10:30-da başlanacağı açıqlanıb. 

Xatırladaq ki, İmralı heyəti TBMM sədri Numan Kurtulmuş, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı, Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki Qrup sədri Abdullah Gülər, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu və Səadət Partiyasının sədri Mahmut Arıkan ilə görüşüb. Sözügedən heyət Pərvin Buldan, Sırrı Süreyya Öndər və Əhməd Türkdən formalaşır. 

Elmir Mustafa
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью