CHP sədrindən İmamoğlu açıqlaması: 5 6 dəqiqə söhbət etdik, o, dedi ki...

23.03.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başçısı Əkrəm İmamoğlunun mesajını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, İmamoğlu hökm elan edilməzdən əvvəl ailəsi və CHP sədri Özəl ilə məhkəmədə görüşüb.

CHP sədri məhkəmə binasını tərk etməzdən əvvəl jurnalistlərlə həmsöhbət olub.

“Əkrəm İmamoğlunun ifadəsi bitdikdən sonra hakim onu ​​dəvət etdi. İçəri girib orada 5-6 dəqiqə söhbət etdik. O, həmişə olduğu kimi, yüksək əhval-ruhiyyə ilə ailəsini ən pis vəziyyətə hazırlayırdı. Lakin bu prosesin Türkiyə üçün böyük oyanış və uğur kimi gördüyünü də dedi. Onu soruşan hər kəsin güclü olmasını istədi. İmamoğluya dəstək olduq, birlikdə çıxdıq”.

Günay Rəsulqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью