CHP sədrinə yeni rəqib

04.04.2025

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

CHP Antalya Muratpaşa Bələdiyyə sədri Ümit Uysal qurultayda namizəd olacağını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki,
Əkrəm İmamoğlunun prezidentliyə namizədliyini müəyyən etmək üçün keçirilən ilkin seçkilərdə adı tez-tez gündəmə gələn Uysal X hesabından partiya sədrliyinə namizədliyini açıqlayıb.

Qeyd edək ki, Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin bazar günü keçiriləcək qurultayda rəqibinin olmayacağı bildirilirdi.

CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu fövqəladə qurultayda namizəd olmayacağını bəyan edib.

Xatırladaq ki, CHP sədri Özgür Özəl partiyaya qəyyum təyin edilməməsi üçün aprelin 6-da növbədənkənar qurultay keçirəcəklərini bildirib.

Gülnar Səlimova 

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью