Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) Başqanı Dövlət Baxçalı, CHP-yə qarşı sərt ifadələr işlədib.
Redaktor.az xəbər verir ki, sosial media hesabından açıqlama yayan Baxçalı bildirib: "CHP və onun rəhbərliyi bitmiş bir hekayənin siyasi ayağıdır.
Bu zehniyyətdən xeyir gələcəyini gözləmək, bir bitin dəvə ilə güləşməyə cəhd etməsi qədər absurddur", – deyə bildirib.
Ağlın, insanın məqsədini və bu məqsədə necə çatacağını göstərən ən mühüm vasitə olduğunu bildirən MHP lideri, funksional düşüncə qabiliyyətinin vacibliyini vurğulayıb: “Ağlı qarışıq olanların nə fikirləri, nə əməlləri, nə də hərəkətləri tutarlıdır".
Kənan YUSİF Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.