CHP yə qəyyum təyin olunacaq? Nazirdən açıqlama

16.04.2025

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ankara Respublika Baş Prokurorluğu tərəfindən "CHP-yə qəyyum təyin edilməsi" ilə bağlı iddialarla bağlı cinayət işi açılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ədliyyə naziri Yılmaz Tunç  açıqlama verib.

O bildirib ki, belə bir iddian ortaya atanlar cəmiyyətdə çağqınlıq və gərginlik yaratmağa çalışırlar.

Nazirin sözlərinə görə, CHP-nin 38-ci növbədənkənar qurultayının ləğvi və partiyaya və bəzi bələdiyyələrə qəyyum təyin ediləcəyi ilə bağlı iddialar ciddi qəbul edilməməlidir: "Bu yalan iddialarla bağlı Ankara Respublika Baş Prokurorluğu "ictimaiyyətə yalnış məlumat yayma" maddəsi ilə cinayət işi açıb, araşdırma başlayıb".

Firudin Səfərli
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью