“Christian Dior” Azərbaycandakı şirkətini ləğv etdi

27.11.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Dünyada məşhur geyim və moda brendi olan “Christian Dior Couture” Azərbaycandakı şirkətini ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata əsasən, “Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən brend Azərbaycanda 2013-cü ildə dövlət qeydiyyatınına alınıb. Şirkətin qanuni təmsilçisi Vincent Simon Pierre Bernarddır. “Christian Dior”un nizamnamə kapitalı 4 milyon 350 min avrodur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью