“Christian Dior” Azərbaycandakı şirkətini ləğv etdi

27.11.2024

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Dünyada məşhur geyim və moda brendi olan “Christian Dior Couture” Azərbaycandakı şirkətini ləğv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata əsasən, “Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью