“CIA ilə əməkdaşlıq edin” Kubalılara səsləndi

24.10.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Dövlət katibi Marko Rubio Kuba hökumətindən narazı olanları Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə gizli əməkdaşlıq etməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, Rubio bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“İndi Kubada müsbət dəyişiklik yaratmaq istəyənlərin vaxtıdır”, – deyə Dövlət katibi bildirib.

Qeyd edək ki,  ABŞ Prezidenti Donald Tramp Floridada keçirilən seçki kampaniyası zamanı İrandan qayıtdıqdan sonra Kuba məsələsini həll edəcəklərini bildirib. O, razılaşmanı yekunlaşdırmaq üçün Rubionu göndərəcəyini deyib.

Xatırladaq ki, ABŞ administrasiyası əvvəllər də məqsədinin Kubadakı kommunist rejimini dəyişdirmək olduğunu bəyan edib. Vaşinqton bu ilin əvvəlində neft tədarükünə qarşı tədbirlərlə Havana üzərində təzyiqi artırıb. Yanacaq çatışmazlığı və zəif infrastruktur səbəbindən ölkədə elektrik enerjisinin verilməsində ciddi fasilələr yaranıb. Son günlərdə isə su çatışmazlığı da qeydə alınıb.

ABŞ Kubaya qarşı 60 ildən artıqdır embarqo tətbiq edir. Bu ilin əvvəlində Meksika da Tramp administrasiyasının yüksək tariflər tətbiq etmək təhdidindən sonra Kubaya neft tədarükünü dayandırıb. Ölkənin enerji böhranını dərinləşdirən digər amil isə Venesueladan neft axınının kəsilməsi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью