Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən məxfiliyi ləğv edilən sənədlər nasist lideri Adolf Hitlerin ölümündən 10 il sonra onun tapılması üçün məxfi tapşırıq verildiyini ortaya çıxarıb.MKİ hesabatlarına gizli əməliyyatlar və müharibədən sonra Hitlerin Cənubi Amerikada gizlənməsi ilə bağlı toplanmış kəşfiyyat məlumatları daxildir.1955-ci ilə qədər davam edən GİZLİ MÜŞAHİDƏ 1950-ci illərdə Cənubi Amerikada MKİ agentləri Hitlerin hələ də sağ olduğuna və adını dəyişərək gizləndiyinə inanırdılar.
1954-cü ildə Kolumbiyada nasist liderinə bənzəyən şəxsin çəkilmiş fotosu kəşfiyyat sənədlərinə daxil edilib.
Şəkildəki şəxs “Adolf Schrittelmayor” kimi tanınırdı.ARGENTİNA BAĞLANTISI "Daily Mail"in hesabatında yer alan sənədlərdə Hitlerin Argentinanın La Falda şəhərindəki bir oteldə gizləndiyi də ehtimal edilirdi.
Otelin sahiblərinin nasistlərlə yaxın əlaqələri olduğu və Hitlerin Almaniyada tətili zamanı eyni oteldə qalması ilə bağlı məlumatlar diqqət çəkib.
ABŞ Müharibə Departamenti FTB-yə Hitlerin müharibənin sonunda bu otelə sığına biləcəyi barədə məlumat vermişdi.MKİ-nin adamı DANIŞDI: BİZ HƏR AY GÖRÜŞÜRDÜKSənədlərdə yer alan CIMELODY-3 kod adlı məlumat verənin açıqlamaları da təəccüb doğururdu.
Məlumat verən Venesuelada keçmiş SS zabiti Phillip Citroen ilə danışıb və Citroen-in Hitlerlə müntəzəm görüşdüyünü iddia etdiyini bildirib.
Citroen, Hitlerin qanuni olaraq toxunulmazlığına inandığını ifadə edərək, "O, daha mühakimə oluna bilməz, çünki müharibədən 10 il keçib" deyə bildiribMKİ QAPATDI, ARGENTİNA YENİDƏN AÇDI 1955-ci ildə MKİ sonrakı inkişafın çətin olduğunu bildirərək hesabatı bağladı.