Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Çia toxumu (Salvia hispanica) Mərkəzi və Cənubi Amerikada yetişən, qida dəyəri ilə zəngin olan bir superfood hesab edilir”.
Bu sözləri SİA-ya açıqlamasında həkim dietoloq Şumarə Qaracayeva deyib.
Onun sözlərinə görə, kiçik olmasına baxmayaraq, çia toxumu yüksək miqdarda lif, protein, omeqa-3 yağ turşuları, antioksidantlar və minerallar ehtiva edir: Çia Toxumunun Faydaları 1.
Həzm Sistemini Dəstəkləyir • Çia toxumu həll olunan liflə zəngindir, bu da bağırsaq hərəkətlərini tənzimləyir, qəbizliyin qarşısını alır və sağlam bağırsaq mikrobiotasını dəstəkləyir.
• Lif tərkibi sayəsində mədədə su ilə şişir, toxluq hissini artırır və həddindən artıq yeməyin qarşısını alır. 2.
Çəki İdarəsinə Kömək Edir • Aşağı kalorili və yüksək lifli olması onu arıqlamaq istəyənlər üçün ideal edir.
• Çia toxumu su ilə şişərək həcmini 10-12 dəfə artırır, bu da aclıq hissini azaldır və kalori qəbulunu nəzarətdə saxlamağa kömək edir. 3.