Cib bıçaqlarının satışının qadağan edilməsi absurddur Hüquqşünas Şamil Paşayev

23.01.2026

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisdə yenicə qaldırılan bir məsələ də cib bıçaqlarının satışının ləğv olunması məsələsidir.

Maraqlıdır, Azərbaycan qanunvericiliyi cib bıçağı gəzdirənlərlə bağlı hansı tədbirləri nəzərdə tutur?

Ümumiyyətlə, bu cür proses effektivdirmi?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bu barədə deyib:

“Soyuq silah istehsalat və ya məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Bu silahlar təsərrüfat və ya istehsalatda istifadə olunmaq üçün hazırlanmır. Sırf əzələ gücündən istifadə etməklə xəsarət yetirmək üçün hazırlanır”.

Həmçinin hüquqşünas bildirib:

“Bir silahın soyuq silah olub-olmamasını ekspertiza müəyyən edir. Ümumiyyətlə, belə hesab edirəm ki, bütün cib bıçaqlarını qadağan etmək təklifi absurddur. Biz çalışmalıyıq ki, insanlar soyuq silah gəzdirməmək düşüncəsinə gəlib çıxsınlar. Hər şeyi cəza ilə, qanuna salmaq cəmiyyət idarə etmək mümkün deyil. Əgər dünyada da bilsəydilər ki, cəza verməklə, cəzanı sərtləşdirməklə cəmiyyət idarə etmək olar, ümumən cəza sistemində elə bir qanun qoyulardı. Güllələnmə və yaxud da ömürlük azadlıqdan məhrumetmə. Axı belə olmur. Müəyyən şərtlər var. Kimsə cibində bıçaq gəzdirirsə, bütün bıçaqlara qadağa qoymaq doğru deyil. Onsuz da, soyuq silahla bağlı qanunvericilikdə tədbirlər var”.

Orxan
Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью