Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Əşyaların saxlanması xidməti göstərən "Radical Storage" turistlərin ən çox hansı şəhərlərdə cibgirlərlə rastlaşdığı barədə maraqlı araşdırma aparıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın paytaxtı Paris bu mənada 1-ci olub.
İl ərzində baş verən cibgirliklərin 16,5 faizi bu şəhərin payına düşüb. İkinci yerdə 10,7 faizlə İtaliya paytaxtı Roma gəlir. İlk "üçlüyü" isə İspaniyanın Barselona şəhəri qapayır - 5,3 faiz.
Qeyd edək ki, bu mənada ən təhlükəsiz yerlər Türkiyənin Muğla və Çinin Şanxay şəhərləri seçilib. Bu şəhərlərdə il ərzində demək olar ki, cibgirlik baş verməyib.
L.Tağıyeva