Cibuti sahillərində miqrant gəmisi aşıb ən azı 139 nəfər ölüb

12.10.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cibuti sahillərində Yəmənə gedən 300-dən çox miqrantın yer aldığı gəmi aşıb.

525.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (BMQT) məlumat yayıb.

Bildirilib ki, gəminin aşması nəticəsində 15 uşaq da daxil olmaqla ən azı 139 nəfər ölüb, 84 nəfər isə itkin düşüb. Qəza zamanı xilas edilən 80-dən çox şəxs Efiopiya vətəndaşıdır.

Hadisə Cibutinin Ədən körfəzindəki Quhere sahillərində, Bab əl-Məndəb boğazı yaxınlığında baş verib. Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью