Cici Hadid və Bredli Kuper gizli nişanlandı?

04.08.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Model Cici Hadid və aktyor Bredli Kuperin gizli nişanlandığı iddia olunub.

Axşam.az xəbər verir ki, cütlük Parisdə paparatsilərin obyektivinə tuş gəlib. Yayılan fotolarda hər ikisinin sol əlində eyni dizaynda nazik üzük diqqət çəkib. Xarici KİV-in məlumatına görə, Kuper cəmi iki gün əvvəl tək halda idman zalından çıxarkən həmin üzüyü taxmayıb.

Mənbələrin sözlərinə görə, aktyor Cici ilə evlənməyi və onunla ailə qurmağı ciddi şəkildə düşünür. Bildirilir ki, onlar artıq uzun müddətdir özlərini bir ailə kimi hiss edir və bir-birlərinin övladları ilə də çox yaxşı münasibət qurublar.

Qeyd edək ki, Cici Hadidin müğənni Zeyn Malikdən Xay adlı 5 yaşlı qızı, Bredli Kuperin isə model İrina Şeykdən Lea adlı 9 yaşlı qızı var.

Cütlük 2023-cü ilin oktyabrından sevgilidir. Onlar şəxsi həyatlarını mediadan uzaq saxlamağa çalışsalar da, model zaman-zaman birlikdə çəkilən fotolarını izləyiciləri ilə bölüşür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью