Ciddə limanında bir milyondan çox psixotrop həb müsadirə edilib AZƏRTAC

25.01.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qahirə, 25 yanvar, AZƏRTAC

Səudiyyə Ərəbistanının Ciddə limanında 1 milyon 482 min 132 ədəd psixotrop təsirli kaptaqon həbinin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

AZƏRTAC “Ukaz” qəzetinə istinadla xəbər verir ki, psixotrop həblər Ciddə limanına gətirilən yükün (yuyulmuş paltarları sıxma barabanı) içərisində gizlədilib. Keçirilmiş əməliyyat nəticəsində yükün göndərildiyi şəxs həbs edilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью