Ciddi əməliyyatlara hazırlaşırıq Hayrikyan

02.01.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yanvarın 15-dən daha çox  insanın dəvət olunacağı ciddi əməliyyatlara (aksiyalara) başlamağı planlaşdırırıq. Ardıcıl və məqsədyönlü hərəkətlərlə vəziyyəti dəyişmək çətin olmayacaq”. 

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın Milli Müqəddəratını Təyinetmə assosiasiyasının rəhbəri Paruyr Hayrikyan deyib.

O, Ermənistandan kənarda yaşayan ermənilərə müraciət edib:

“Ermənistandan kənarda bizneslə məşğul ola bilərsiniz, amma bizim evimiz Ermənistandır. Vətəni sevirsənsə, gəl yaşa, qur, çətinliklərlə mübarizə apar. Hər şey bizdən asılıdır”.

Qeyd edək ki, Paruyr Hayrikyan Ermənistanda mövcud hakimiyyətə (Nikol Paşinyan) qarşı kəskin fikirləri ilə seçilir.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью