Ciddi islahatlar aparılmalıdır Mütəxəssis

04.09.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ali məktəblərdə süni intellekt fənlərinə xüsusi diqqət ayrılmalıdır. Bununla yanaşı, data analitika ixtisası artıq açılıb və bu sahə üzərində ciddi işlənməlidir. Çünki bu ixtisas çox əhəmiyyətlidir. Tələbələrin yalnız kompüterlə deyil, müasir texnoloji avadanlıqlarla işləmək imkanı olmalıdır”. 

İxtisas seçimi və karyera üzrə mütəxəssis Ramin Nurəliyev bunu 525.az-a söyləyib. Ekspert qeyd edib ki, bəzi hallarda ali məktəblərdə laboratoriya imkanları yoxdur və tələbələr bundan çox narazıdırlar. Bu səbəbdən yüksək bal toplayan gənclərimiz xarici ali məktəblərə üz tutur:

“Hətta 600-dən çox bal toplayıb Azərbaycanda universitetə qəbul olan, lakin sonra xaricə gedənlər var. Ötən il isə 700 bal toplayan bir abituriyent Tibb Universitetinə qəbul olsa da, Türkiyədə oxumağı seçib. Yüksək bal toplayan gənclərin xaricə üz tutmasının səbəbi odur ki, Azərbaycanda nəzəri bilik var, amma praktik imkanlar çatışmır. Buna görə də ali məktəblərdə ciddi islahatlar aparılmalıdır. Əgər biz mühəndislik ixtisası açırıqsa, tələbəyə praktiki imkan da yaratmalıyıq”.

Sevinc Qarayeva 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью