Ciddi soruşuram, şou biznes nədir?

21.04.2026

Icma.az bildirir, Axsham.az portalına istinadən.

"Şou-biznes var? Mən bilmirəm... Şou-biznes nədir bilmirəm. Zarafat etmirəm. Biz şou-biznes adamıyıq? Azərbaycan kanallarına Azərbaycan gözü ilə baxıram. O vaxt şou-biznes yox idi. İliyimizə, qanımıza necə hopubsa eləyik".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Gün ortası" proqramında deyib. Müğənni özünü şou-biznesdə görmədiyini deyib. 

Əməkdar artist Könül Kərimova isə onun sözlərini təsdiqləyərək, səhnədə şou göstərmədiyini əlavə edib:

"Biz şou-biznesdə deyilik, əsla. Şou başqa anlamdır. Biz şou adamı deyilik. Oxuduğumuza, geyimlərimizə baxsanız görərsiniz. Şou-biznesdə mehribançılıq yoxdur. Hərə öz aləmində, istəyində, düşüncəsindədir.  Şou göstərsəydik yanımızda oxuyanda rəqqaslar olardı. Biz bir mahnı oxuyanda yüz dəfə fikirləşirik. Geyimimizə, oxuduğumuza baxanda görürsən ki, şou adamı deyilik". 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью