Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Görmə zəifliyi, şəkər xəstəliyi, ürək-damar problemləri, yüksək qan təzyiqi və digər ciddi xəstəlikləri olan sürücülər daim tibbi müayinədən keçməlidirlər. Çünki sükan arxasında qəfil yaranan problem həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yarada bilər”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bunu 525.az söyləyib. Ekspert qeyd edib ki, şəxsin sağlamlıq vəziyyəti sürücülük üçün uyğun olduğu müddətdə onun sürücülük hüququ ömrünün sonuna qədər qüvvədə qala bilər:
“Vətəndaş 70 yaşına qədər avtomobili normal qaydada idarə edə bilər. 70 yaşdan sonra isə sürücünün mütəmadi tibbi müayinədən keçməsi tələb olunur”.
Sevinc Qarayeva