futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Binə Atçılıq Mərkəzində təşkil olunan mövsümün son cıdır yarışları ilə cari illik atçılıq mövsümünə rəsmən yekun vurulub.
Futbolpress.az xəbər verir ki, mövsümün həlledici yarış günündə ümumilikdə 5 Qarabağ və 5 Dilbaz cinsi at birincilik uğrunda mübarizə aparıb.
Üçyaşlı Qarabağ atları arasında 1600 metr məsafəyə təşkil edilən ilk yürüşdə Hilal Nəzərov “Semum” ləqəbli atı ilə finiş xəttini 1 dəqiqə 58,65 saniyəyə birinci keçərək qalib adını qazanıb. Bu məsafədə Mahmud Ağazadə “Asya” atı ilə (2:06.00) ikinci, Amina Hacıyeva isə “Yıldız” atı ilə (2:06.68) üçüncü pillədə qərarlaşıblar.
Dördyaşlı Dilbaz atlarının 2400 metr məsafəyə gərgin keçən mübarizəsində isə Rauf Tahirov “Lavin” ləqəbli atı ilə fərqlənib. 3 dəqiqə 14,00 saniyə nəticə göstərən jokey birinci yeri təmin edib. Bu yürüşdə Hilal Nəzərov “Tomris” atı ilə (3:18.08) gümüş, Rusif Abbasov isə “Savaş” atı ilə (3:25.18) bürünc mükafata sahib çıxıblar.