Çido qasırğası: ölənlər və yaralananların sayı ARTIB

23.12.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Mozambikdə "Çido" qasırğası nəticəsində ölənlərin sayı 94-ə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, sürəti saatda 260 kilometrə çatan qasırğada 768 nəfər xəsarət alıb.

Bildirilib ki, qasırğadan təxminən 622 min adam zərər çəkib. 

Açıqlamada 52 sağlamlıq mərkəzinin, 89 ictimai binanın və 250 məktəbin zərər gördüyü qasırğada təxminən 140 min evin qismən və ya tamamilə dağıldığı bildirilib. 

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью