“Çikaqo” musiqili Caz Festivalı | Icma.az
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Caz Festivalının 20 illik yubileyi ilə bağlı Azərbaycan caz ulduzlarının iştirakı ilə “Çikaqo” musiqili premyerasına həsr olunmuş mətbuat konfransı keçirilib.
Tədbirdə festivalın direktoru Leyla Əfəndiyeva, layihənin direktoru Əziz Əzizov, baş rolların ifaçısı Orxan Ağayev, Diana Hacıyeva, Dilarə Kazımova və Ülviyyə Rəhimova iştirak ediblər.
Görüş zamanı təşkilatçılar festivalın proqramı haqqında məlumat verərək, premyeraya hazırlıq prosesinin təfərrüatları barədə danışıblar.
Sonda isə konfrans iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıblar.
Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva XQ-yə müsahibə verib.
Bildirib ki, bu festival yarandığı andan etibarən, nəinki Bakıda, bütün dünyada cazsevərlərin marağına səbəb olmuşdur: - 2005-ci ildə festivalın təməli qoyulanda Rain Sultanov demişdi ki, bu, təkcə silsilə konsertlərdən ibarət olmasın, dünya səviyyəsində böyük bir festival olsun.
Həmin ildən başlayaraq, bir neçə məkanlarda festival çərçivəsində silsilə konsertlər keçirilməyə başladı.
Tam oxu
Xəbəri oxu