Çikatilonun oğlu Ukrayna müharibəsində itkin düşüb

21.04.2025

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb. Qeyd edilib ki, o, Ukraynada gedən gərgin döyüşlərə qatılıb. Ehtimal edilir ki, Yuri cəbhə xəttində itkin düşüb.
"Çox güman ki, Çikatilonun oğlu Xarkov istiqamətində gedən döyüşlər zamanı öldürülüb",- SHOT yazıb.
Döyüşə satanistlər gedir - Məşhur rus qatil Ukraynada yaralanıb Xatırladaq ki, SHOT bir müddət öncə Yuri Miroşniçenkonun Ukrayna Silahlı Qüvvələrində (VSU) xidmət etməsi barədə məlumat yaymışdı.
Qeyd edilib ki, 56 yaşlı kişi bir müddət əvvəl soyadını dəyişərək Xarkova köçüb. Müharibə başlayanda isə o, Ukrayna Silahlı Qüvvələrində xidmətə cəlb olunub.
"Yuri Ukraynaya köçdükdən sonra "Maydan" hadisələrində iştirak edib hətta bu istiqamətdə müəyyən çıxışları da olub. Onun cəbhəyə göndərilməsinə səbəb həyat yoldaşına aliment ödəməkdən imtina etməsi olub. Yurinin borcları yığılıbmış. O, təkcə oğluna deyil, çoxsaylı banklara da borclu idi. Adamyeyənin oğlu həmçinin yol hərəkəti cərimələrini ödəyə bilməyib”, - nəşr yazıb.
Məlumata görə Çikatilonun oğlunun qanunla bağlı digər problemləri də olub. Yuri müxtəlif ittihamlarla, o cümlədən adam öldürməyə cəhd üzrə cəza çəkib. O, 13 il həbsdə olub. Yuri koloniyalarda cəza çəkərkən məşhur manyakın övladı olmasını gizlətməyib.
Tural Tağıyev
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью